monoplas logo
starplas logo

PLASTİK / PVX QAPI VƏ PƏNCƏRƏ PROFİLLƏRİ İSTEHSALÇISI

Haqqımızda

Mono Plast MMC, PVX - plastik qapı və pəncərə sistemlərinin Monoplas və Starplas brendləri ilə istehsal və topdan satışını həyata keçirir. Monoplas və Starplas brendləri Azərbaycan Sənayesinin məhsullarıdır. İstehsalatda ən qabaqcıl texnologiyalardan istifadə olunur. 1998-ci ildən Azərbaycanda plastik qapı və pəncərə sektorunda qapı və pəncərə sistemlərinin quraşdırılmasını həyata keçirən Mono Plast MMC, 2019–cu ildə plastik qapı və pəncərə profillərinin istehsalını Azərbaycan sənayesi məhsulları olaraq reallaşdırır.

MƏHSULLAR VƏ XİDMƏTLƏR

Mono Plast MMC–nin Monoplas və Starplas əmtəə nişanları ilə istehsal etdiyi məhsullar, hər ikisinin genişliyi 60 mm olmaqla, Monoplas 3, Starplas isə 4 kameralı məhsullardır. Həmçinin köməkçi profillər boru, incə bağ, bağlayıcı profillər də 60 mm genişlikli seqment tam məhsul portfoliosunu tamamlayır. Məhsullar haqqında detallı məlumatlar aşağıda yerləşdirilmişdir. “Mono Plast” - MMC xidmət olaraq bu sektorda fəaliyyət göstərən ən təcrübəli xidmət partnyorları ilə əməkdaşlıqda qapı və pəncərə profillərinin həmçinin montajını həyata keçirir.